"Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik "qırmızı şeytanlar"ın fransalı yarımmüdafiəçisi Pol Poqbanın İngiltərə çempionatının 33-cü turunda - "Norviç Siti" ilə matçda (3:2) azarkeşlər tərəfindən fitə basılmasından danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" Ranqnikin söylədiklərini belə çatdırıb:
"Düzü, mən heç nə eşitmədim. Amma bunu köməkçilərimlə paltardəyişmə otağında müzakirə etdik.
Əla azarkeşlərimiz var. Tribunalardakı dəstək möhtəşəm idi. Bilirəm, hazırda turnir cədvəlində "dördlük"dən kənardayıq. Təbii, azarkeşlər də bizim qədər məyusdur. Bununla belə, günahın bir futbolçunun üzərinə atılması düzgün yanaşma deyil. Bu, kollektiv məsuliyyətdir. Nəticələrə görə bütün komanda cavabdehdir. Futbolçularımı həmişə müdafiə edəcəyəm".
32 oyuna 54 xal toplayan "Mançester Yunayted" İPL-in turnir cədvəlində 5-ci pillədə mövqe tutub.
Nihat