"Mahir qarşısına ciddi hədəflər qoymuş, azarkeşlərin titul gözlədiyi kluba gəlib".
Fanat.Az xəbər verir ki, bunu Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun sabiq baş məşqçisi Branko İvankoviç deyib.
68 yaşlı çalışdırıcı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin Xorvatiya təmsilçisindəki çıxışını dəyərləndirib:
"Arsen Vengerin dedikləri yaxşı yadımdadır: ən yaxşı oyunçuya belə, azı 8-9 ay vaxt lazımdır. Görünən budur ki, Emreli komandaya gözləniləndən tez uyğunlaşıb. O, artıq "Riyeka" və "İstra" ilə matçlarda fərqlənib. İlk qolu daha önəmli idi. Çünki bundan sonra "Dinamo" geridönüş etdi".
Qeyd edək ki, Mahir Emreli qış fasiləsində "Dinamo" ilə 4,5 illik müqavilə bağlayıb.
Nihat