"Yuventus"un hücumçusu Paulo Dibala mövsümün sonunda "Mançester Yunayted"ə keçə bilər.
Fanat.Az xəbər verir ki, "Tuttomercatoweb" İngiltərə klubunun rəsmilərinin Dibalanın agenti ilə danışıq apardığını açıqlayıb.
Mənbə Paulonun Mançester təmsilçisinin formasını geyinmək ehtimalının az olmadığını vurğulayıb.
Daha öncə 28 yaşlı argentinalı ilə "Arsenal" (İngiltərə), "Nyukasl", PSJ və "Atletiko Madrid"in də maraqlandığı barədə informasiyalar yayılmışdı.
"Yuventus" müqaviləsinin müddəti iyunda başa çatacaq Dibalanın mövsümün sonunda komandanı tərk edəcəyini rəsmən təsdiqləyib.
Nihat