"Bayern Münhen"in hücumçusu Robert Levandovski komandanın baş məşqçisi Yulian Naqelsmannın komandadakı işindən razı deyil.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sport1" yayıb.
Komandanın iki aparıcı oyunçusunun məşqçinin fəaliyyətini bəyənmədiyi, onlardan birinin Levandovski olduğu bildirilib.
Xəbərə görə, Polşa millisinin forvardı Naqelsmanın seçdiyi taktikadan və məşqlərdə verdiyi çətin tapşırıqlardan gileylənir.
69 xalı olan "Bayern" Almaniya Bundesliqasının lideridir. Münhen təmsilçisi Çempionlar Liqasının 1/4 finalında "Vilyarreal"a uduzaraq (0:1, 1:1) mübarizəni dayandırıb.
Nihat