"Nuykasl"ın və İngiltərə millisinin sabiq hücumçusu Alan Şirer "Mançester Siti"nin İngiltərə Kubokunun yarımfinalında "Liverpul"a məğlubiyyətini (2:3) şərh edib.
Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun söylədiklərini belə çatdırıb:
"Qollardan biri "Liverpul"a hədiyyə edildi. Digər ikisində isə qapıçı daha yaxşı oynamalıydı. Yürgen Klopp uğurlu heyət müəyyənləşdirmişdi. Əsas qolkiperin start "11-lik"də yer alması ağıllı seçim idi. Məhz bu məqamı həlledici amil sayıram. Başqa qapıçı olsaydı, böyük ehtimalla, nəticəyə təsir edən səhvlərə yol verəcəkdi. Alisonun ikinci hissədəki iki seyvini yada salsaq, yetər".
Nihat