Azərbaycan Premyer Liqasında XXIV turun oyun cədvəli məlum olub.
Fanat.Az xəbər verir ki, turun iki qarşılaşması “CBC Sport” telekanalı, 2-si isə PFL-in "YouTube" kanalı vasitəsi ilə canlı yayımlanacaq.
"Qəbələ" - "Qarabağ" və "Səbail" - "Neftçi" görüşünü azarkeşlər "CBC Sport", digərlərini isə futbol qurumunun kanalından izləyə biləcəklər.
Azərbaycan Premyer Liqası
XXIV tur
24 aprel (bazar)
“Qəbələ” – “Qarabağ”
Qəbələ şəhər stadionu, 17:30.
“Sabah” – “Şamaxı”
Masazır. “Bank Respublika Arena”, 18:30.
“Sumqayıt” – “Zirə”
Sumqayıt. “Kapital Bank Arena”, 20:00.
“Səbail” – “Neftçi”
Bakı. “ASCO Arena”, 20:00.