Region Liqasında 1/4 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, üç oyundan 2-si bölgədə, biri paytaxtda baş tutub.
Mərhələnin ilk oyunlarının hamısında qonaqlar üstün olub.
"Füzuli" "Xan Lənkəran"ı Bakıda qəbul edib. "ASK Arena"dakı dueldə cənub təmsilçisi inamlı qələbə qazanıb.
"Qusar" "Ağsu Siti"ni, "Cəbrayıl" isə "Energetik"i minimal hesabla üstələyib.
Cavab görüşləri bu həftəsonu keçirilməlidir.
Region Liqası
1/4 final, ilk oyunlar
"Ağsu Siti" - "Qusar" 2:3
Ağsu. Olimpiya İdman Kompleksinin stadionu
"Energetik" - "Cəbrayıl" 1:2
Mingəçevir. Şəhər stadionu
"Füzuli" - "Xan Lənkəran" 1:3
Bakı. "ASK Arena" stadionu
Xatırladaq ki, yarımfinalın 4-cü iştirakçısı birbaşa bu mərhəyə qatılacaq Naxçıvan zonasının qalibi olacaq.
Mirağa