Azərbaycan millisinin üzvü Namik Ələskərovun çıxış etdiyi Türkiyənin "Bursaspor" klubu konqolu futbolçusu Tevi Bifumanı heyətdən kənarlaşdırıb.
Fanat.Az xəbər verir ki, klubdan yayılan açıqlamada hücumçunun intizamsızlıq səbəbindən qeyri-müəyyən müddətə uzaqlaşdırıldığı bildirilib.
Son fasilə dönəmində keçmiş baş məşqçi Tamer Tunanın istəyi ilə transfer edilən Bifumanın Konqo millisinə çağırıldıqdan sonra "Bursaspor"a qayıtmaq istəməməsi ilə başlayan narazılıq son həftələrdə daha da artıb. O, məşqlərin birinə şəxsi avtomobili və sürücüsü ilə gəlib. Məşqə başladıqdan 10 dəqiqə sonra isə zədəli olduğunu bəhanə edərək onu gözləyən avtomobillə bazadan uzaqlaşıb.
Onun "Keçiörengücü" və "İstanbulspor"la oyunlara dəqiqələr qalmış zədə və “Bursaspor”un səfər oyunlarına getməmək kimi bəhanələrlə komandada böhran yaşatdığı öyrənilib. Bu üzdən komanda yoldaşlarının etirazı ilə üzləşən futbolçunun heyətdən kənarlaşdırılmasına qərar verilib.
Mirağa