Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"Marca" nəşri: "Barselona" Qabriel Jesusun xidmətində maraqlıdır. Futbolçunun "Mançester Siti"dəki gələcəyi də sual altındadır.
"Ayaks"ın direktoru Ten Haq barədə: "Qısa danışacağam. Onu saxlamaq üçün hər şeyi etdik. Yeni müqavilə, yüksək məbləğdə məvacib təklif olundu, bir sözlə lazım olan hər şeyi etdik. Erik gələcəyi ilə bağlı özü qərar verə bilir. Bunun üçün kifayət qədər yaşlı və müdrikdir. Böyük ehtimal klubu tərk edəcək".
"Football İnsider" saytı: "Mançester Yunayted"ə keçmək istəyən Rişarlison "Everton"dan ayrılmağa hazırlaşır. Artıq futbolçu bu barədə klub rəhbərliyinə məlumat verib.
"Tutto Mercato Web" saytı: Bu yay "Yuventus"la müqaviləsi başa çatacaq Paulo Dibala karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. "Mançester Yunayted" rəsmiləri argentinalı futbolçunun agenti ilə görüş keçirib. Razılaşma əldə olunsa, Dibala bu yay azad agent qismində "Mançester Yunayted"ə keçəcək.
"SPORT ES" saytı: “Levandovskinin "Barselona"ya keçidi ilə bağlı yekun qərar yaxın günlərdə bəlli olacaq. Hücumçun tezliklə "Bayern Münhen" rəhbərliyi ilə görüşüb müqaviləni yeniləmək və ya ayrılacağı ilə bağlı qərarını açıqlayacaq.
"Il Tempo" nəşri: "Mançester Yunayted" Pol Poqbanın yerinə "Latsio"nun yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçlə maraqlanır. Mənbə bildirir ki, komanda mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazanmasa, 27 yaşlı serb futbolçu “Mançester Yunayted”dən gedəcək.
"Tuttosport" nəşri: Pol Poqba PSJ ilə danışıqları dayandırıb. Futbolçu "Yuventus"a qayıtmağı planlaşdırır.
İnsayder Fabritsio Romano: "Erlinq Holand üçün ən yaxşı təklifi "Mançester Siti" vəd edir. "Real Madrid"in də təklifi ona sərf edir. Ancaq norveçli hücumçunun yeni klubunun hansı olacağı ilə bağlı dəqiq məlumat yoxdur".
AS nəşri: Azpilikueta bir neçə aydır ki, "Barselona"da oynamaq istədiyini açıq şəkildə bəyan edib. O, klubun təklifi ilə razılaşıb və ən qısa zamanda gələcəyi ilə bağlı qərar vermək fikrindədir.
Emin Şəmsiyev