12:43 18.04.2022 1015

“Qəbələ” üçün “yaz yuxusu”, “Şamaxı”da “dağıdıcı zəlzələ” – Tura baxış

Prinsipcə, Azərbaycan Premyer Liqasının 23-cü turunda gözlənilməz nəticə qeydə alınmadı.

Düzdür, “Qəbələ” “Sumqayıt”la matçın favoriti sayılırdı, amma Elmar Baxşıyevin komandası xeyli vaxtdı ki, qələbənin dadını unudub və heç cür özünə gələ bilmir. Ötən həftə Azərbaycan futbolunda bayram ab-havası yaradan “Şamaxı”nın “Qarabağ”a uduzacağı da gözlənilirdi. Lakin hesabın belə böyük olacağını proqnozlaşdırmaq heç də asan deyildi...

“Qəbələ” – “Sumqayıt 1:1 
Qollar:
İsnik Alimi, 89 - Araz Abdullayev, 17.

Maraqlıdı ki, bu komadaların Qəbələdəki sonuncu oyunu da bu hesabla bitmişdi. Elə həmin qarşılaşmada da “Sumqayıt”ın yeganə qoluna Araz Abdullayev imza atmışdı. Görünən odur ki, Araz bu aralar “Sumqayıt”ın qol vurmağı bacaran tək-tük futbolçularındandır. “Gənclik şəhəri”ni təmsil edən komanda çox nadir hallarda qol sevinci yaşayır. Aleksey Baqanın çalışdırdığı kollektivin 22 oyuna cəmi 13 qol vurmağı bacarması buna əyani sübutdur. 

“Qəbələ” isə getdikcə öz səviyyəsini şübhə altına salmaqdadır. Sanki “qırmızı-qaralar” Novruz bayramı ərəfəsində yaz yuxusuna gediblər və hələ də ayıla bilmirlər. Doğrudur, bölgə təmsilçisinin büdcəsi və heyəti elə də geniş deyil. Bununla belə, “qırmızı-qaralar” indiki dönəmə qədər əzmkarlıq sayəsində yaxşı nəticələrə imza atmağı, turnir cədvəlinin yuxarılarında sıxlıq yaratmağı bacarmışdı. 17-ci turda “Sumqayıt”ı səfərdə 4:0 hesabıyla məğlub edən “Qəbələ” o zamandan bəri qələbəyə həsrətdir. Bu periodda “Qarabağ”la “Neftçi”yə böyük hesabla uduzan qəbələlilərin həmin məğlubiyyətlərinə müəyyən qədər haqq qazandırmaq mümkündür. Amma Bayıldakı 0:3 hesablı yenilgiyə, ortabab rəqiblərlə qarşılaşmalardakı heç-heçələrə izah tapmaq çətindir. Özü də “Sumqayıt”la oyun ərəfəsində rəhbərlik Elmar Baxşıyev və onun köməkçiləri ilə yeni müqavilə imzalamaqla onlara tam dəstəyini ifadə etmişdi. Di gəl ki, məşqçilər korpusu yeni müqaviləni 3 xalla “yuya” bilmədi. 

“Sumqayıt” qazandığı bu bir xal sayəsində sonuncu pillədəki “Səbail”i üstələməyi bacardı. 15 xala malik "kimyaçılar" 7-ci sıradadır. Turnir cədvəlində 4-cü olan “Qəbələ”nin 35 xalı var.

“Qarabağ” – “Şamaxı” 8:0 
Qollar:
İbrahima Vadji, 8, 16, 30. Filip Ozobiç, 20, 21. Marko Veşoviç, 40. Kadi Borqes, 45+2. Musa Qurbanlı, 48.

“Qarabağ”la oyun Sənan Qurbanov üçün “Şamaxı”nın çalışdırıcısı kimi sonuncu oldu. 0:8 hesablı məğlubiyyət cəmi bir həftə əvvəl bayram yaşayan “Şamaxı” üçün faciəvi sayılmalıdır. Çətin ki, ötən həftə tribunaları dolduran şamaxılılar bu hesabdan sonra yenidən stadiona gəlməyə həvəsli olsunlar. Əslində, bu yenilginin yeganə günahkarı Sənan Qurbanov deyil. Tablodakı hesab səviyyə fərqinin aşkar göstəricisi sayılmalıdır. 

“Qarabağ”la oyunda çarəsiz görünən “Şamaxı”nın qapısına ilk qolu İbrahima Vadji vurdu. Hücumçu cəmi yarım saat ərzində “het-trik” etdi. Vadjinin üçüncü qolu vurmasına qədər isə Ozobiç “dubl” müəllifi olmuşdu. Veşoviçin qolu hesabı 6:0-a çatdırdı. Borqes isə fasiləyə qədər komandasının yeddinci qolunu vurdu. İkinci hissədə yalnız Musa Qurbanlı fərqləndi və yekun hesabı müəyyənləşdirdi. Bu yerdə qeyd edək ki, gənc hücumçu mövsüm ərzində 7-ci qoluna imza atdı. Yekun hesab ikirəqəmli olmadığına görə “Şamaxı” belə desək, “Qarabağ”ın qoldan doymasına şükr etməlidir.

Bir oyunu ehtiyatda olan “Qarabağ” 55 xalla turnir cədvəlinə başçılıq edir. “Köhlən atlar” növbəti çempionluqla azarkeşlərini sevindirməyə çox yaxındır. 20 xalla 6-cı pilləni “zəbt edən” “Şamaxı” isə “Sumqayıt”la “Səbail”dən öndə olmağın həzzini yaşayır.

“Zirə” – “Səbail” 2:1
Qollar:
Hamidu Keyta, 32, 34-pen. - Nikolas Raysel, 90+4-pen.

“Zirə”nin də işlər qaydasındadır. “Qəbələ”nin qeyri-sabit çıxış etməsi sayəsində qəsəbə təmsilçisi 3-cü pillədə özünü xeyli rahat hiss edir. Bu tur “Zirə” qələbə həsrətinə də son qoydu. Buna qədər komanda 4 tur ərzində qələbə qazana bilməmişdi. 32-ci dəqiqədə ustalığını göstərən Hamidu Keyta bundan iki dəqiqə sonra penaltidən özünün və komandasının ikinci qolunu vurdu. Düşünmək olardı ki, “Zirə” təzyiqini davam etdirəcək və hesab daha da artacaq. Amma belə olmadı. Düzdür, sona qədər üstünlük meydan sahiblərinin tərəfində idi. Di gəl ki, bu üstünlük hesabın dəyişməsi üçün yetərli deyildi.

Hakimin oyuna əlavə etdiyi dəqiqələrdə isə “Səbail” hesab arasındakı fərqi azaltdı. Mehdi Cənnətovun cərimə meydançasında kobud oynaması onun qoruduğu qapıya penalti təyin edilməsi ilə nəticələndi. Nikolas Raysel bu fürsəti əla dəyərləndirdi. Qonaqların bundan artığını etmək üçün nə vaxtı, nə də gücü vardı. Ötən tur “Qəbələ”ni böyük hesabla məğlub etməklə “qara zolaq”dan çıxan “Səbail” bu uğurun davamını gətirə bilmədi və sonuncu pillədə qaldı. Bayıl təmsilçisinin aktivində cəmi 14 xal var. Az əvvəl qeyd etdiyimiz kimi, 39 xalı olan “Zirə” 3-cü pillədə möhkəmlənib. Rəşad Sadıqovun komandası “Qəbələ”ni 4 xal qabaqlayır.

“Neftçi” – “Sabah” 1:0
Qol:
Bəxtiyar Həsənalızadə, 5-öz qapısına.

“Zirə” ikinci sıraya da iddialıdır. Amma “Neftçi”nin əla sürət yığması və məğlubiyyətsiz irəliləməsi onlar üçün bu pilləni əlçatmaz edib. Samir Abasovun və “Neftçi” azarkeşlərinin əhvalı əladır. Təbii, “ağ-qaralar” qızıl medallara sahib çıxmaq şansını xeyli azaldıb. Bununla belə “Neftçi” mövsümü mükafatla başa vurmağa və Azərbaycanı avrokuboklarda təmsil etməyə çox yaxındır. Ölkənin ən qocaman klubu 4-cü sıradakı “Qəbələ”dən 9 xal öndədi. Bu fərqin qalan 5 tur ərzində qapanması real görünmür. Üstəlik, “Neftçi” kubokda da mübarizəni davam etdirir.

“Sabah”la oyundakı qələbə isə bir qədər bəxt, bir qədər də rəqibin müdafiəçisi Bəxtiyar Həsənəlizadənin ehtiyatsız oyunu sayəsində mümkün oldu. Artıq 5-ci dəqiqədə hesabda geri düşən “Sabah” qalan 85 dəqiqə ərzində bir neçə real qol fürsəti yaxaladı. Amma oyunda başqa qol vurulmadı və “Neftçi” avtoqol sayəsində minimal hesablı qələbəyə sevindi.

32 xalla turnir cədvəlinin beşincisi olan “Sabah” daha çox gələn mövsümün planlarını qurmaqla məşğuldur. “Neftçi” isə 44 xalla “gümüş pillə"dədir. 

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

29 İyun 2025
12:40

Siyasət Əsgərov 0:3-ü şərh etdi

12:23

"Çelsi" Bayno-Gittens üçün "Borussiya"ya nə qədər ödəyəcək?

11:46

"Demişdim ki, 100 milyona oyunçu alsaq, postumdan gedəcəm" -Yürgen Klopp

11:17

"Liverpul"un vingeri AÇ-nin ən yaxşı oyunçusu elan edildi

10:39

Klublararası DÇ: PSJ "İnter Mayami"yə, "Flamenqo" "Bayern Münhen"ə qarşı

10:14

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:50

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

"Parma"nın hücumçusu İtaliya nəhəngində - MƏBLƏĞ

05:02

"Çelsi" "Benfika" əlavə vaxtda yenib 1/4-ə yüksəldi

02:41

İngiltərə seçməsi ardıcıl ikinci dəfə çempion oldu

00:45

“Kəpəz” portuqaliyalı futbolçularla vidalaşdı

28 İyun 2025
23:58

Azərbaycanlı güləşçi Türkiyədə çempion oldu

23:33

İtaliya çempionu İspaniya millisinin üzvü ilə razılığa gəldi

22:58

Klublararası dünya çempionatı: İlk 1/4 finalçı bilindi

22:20

Azərbaycan millisi Belarusa uduzdu

21:58

Vinisius Qaret Beylin uğurunu təkrarladı - "10-luq"

21:17

Millimiz Avropa çempionu oldu

20:21

"Udineze"nin qapşçısını 4 illik həbs gözləyir - SƏBƏB

19:53

"Neftçi" milli üzvünün keçidini açıqladı

19:05

Altıqat İngiltərə çempionu "Milan"dan ayrıldı

18:40

“Neftçi” yeni transfer reallaşdırdı

18:22

"Kəpəz" daha 3 əcnəbini yola saldı

17:44

"Sabah" legioneri ilə vidalaşdı

17:28

U-16 beynəlxalq turniri bürünc medalla bitirdi

17:01

Anar Ələkbərov FIA Senatının üzvü seçildi

16:30

"Liverpul" növbəti transferini açıqladı

15:56

"Sabah"ın Avroliqa oyunlarına hakim təyinatları bilindi

15:35

Azərbaycan millisinin üzvü karyerasını başa vurdu

14:54

"Benfika" Otamendi ilə bağlı qərarını verdi - RƏSMİ

14:33

Bakıda beynəlxalq turnir başlayır

14:05

"Kəpəz" kapitanı ilə yollarını ayırdı - RƏSMİ

13:37

"Zirə"nin "Hayduk"la oyunlarının başlama vaxtı bilindi

13:00

"Dostum bura gəlməyi məsləhət bildi" - Patrik Andrade

12:39

Karate üzrə yay seminarı keçirilir

12:17

"Sabah"ın rəqibində ayrılıq reallaşdı

11:14

Postekoğlu MLS klubunu çalışdırmağa yaxındır

10:08

Ingiltərə nəhəngi PSJ-nin 100 milyonluq futbolçusuna elçi düşdü

09:32

"Karvan" "Dinamo" ilə əməkdaşlığa başladı - AÇIQLAMA

09:00

Klublararası dünya çempionatı: 1/8 final başlayır

00:33

Azərbaycan güləşçiləri 6 medal qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X