"Mançester Siti" Argentinanın "River Pleyt" klubunun yarımmüdafiəçisi Entso Fernandesi heyətinə qatmaq üçün səylərini artırıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Twitter" hesabı üzərindən yayıb.
Mənbə tərəflərin danışıqları davam etdirdiyini və 21 yaşlı futbolçunun "şəhərlilər"in sıralarına qoşulmaq ehtimalının yüksək olduğunu vurğulayıb.
Fernandesin "River Pleyt"lə olan müqaviləsinin müddəti 2025-ci ilə qədərdir. "Transfermarkt" portalı bu mövsüm Argentina çempionatında çıxdığı 9 oyunda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalan Entsonun transfer qiymətini 6,5 milyon avro ilə dəyərləndirir.
Nihat