İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində dünən keçirilən "Vest Hem" - "Börnli" (1:1) matçında dəhşətli hadisə baş verib .
Fanat.Az xəbər verir ki, oyunun 22-ci dəqiqəsində qonaq komandanın oyunçusu Eşli Vestvudun ayağı qırılıb.
Vestvud sürüşmə fəndi edərkən rəqib futbolçu Nikola Vlaşiç onun ayağının üstünə yıxılıb.
Bunu görən Vlaşiç şoka düşərək göz yaşlarına hakim ola bilməyib. Komanda yoldaşları onu çətinliklə sakitləşdiriblər.
La reacción del croata Nikola Vlašic por la lesión que accidentalmente le provocó a Westwood. Escalofriante, pero dentro de lo que cabe hubo un deportivismo que hace años no se veía.
— SG (@Sebagirl__) April 18, 2022
Mucha fuerza al inglés Ashley Westwood.
pic.twitter.com/0bNGkuQdp8
Uğursuz epizoda görə matçda 10 dəqiqədən çox fasilə yaranıb.
Mirağa