"Real Madrid" "Rayo Valyekano"nun müdafiəçisi Fran Qarsiyanın transferini həyata keçirmək üzrədir.
Fanat.Az xəbr verir ki, informasiyanı "Defensa Central" yayıb.
Mənbə tərəflərin artıq keçidin detallarını müzakirə etdiklərini və ortaq məxrəcə gələ bildiklərini açıqlayıb.
22 yaşlı Qarsiya "Real"ın öz yetirməsidir. Madrid nəhəngi onu ötən ilin yayında, 2 milyon avroya "Rayo Valyekano"ya satıb. Futbolçunun klubuyla olan müqaviləsinin müddəti 2025-ci ilin yayına qədərdir.
Nihat