17 yaşlı rus qolfçu Marta Silçenko həyatının sonuna qədər unutmayacağı xoş təsadüflə qarşılaşıb.
Fanat.Az xəbər verir ki, o, Parisdə məskunlaşdığı otelin idman zalına gedərkən liftdə Messi, Mbappe, Serxio Ramos, Neymar və PSJ-nin digər ulduz futbolçuları ilə rastlaşıb.
Təbii ki, bu şansı əldən verməyən Marta liftdə selfi edərək özünün "Instagram" səhifəsində paylaşıb.
Rus qolfçu Parisdə PSJ - "Olimpik Marsel" oyunu ərəfəsində həmin oteldə olub.
"İdman zalında təsadüfi bir gün. Dünyanın ən yaxşı futbolçuları ilə liftdə tanış oldum”, - deyə yeniyetmə qız paylaşımına şərh yazıb.
İdmançının paylaşımını minlərlə izləyici bəyənib.
Mirağa