Fransanın “Lens” klubu ilə “Bakı”nın prezidenti Hafiz Məmmədov arasındakı iş birliyinin nə vaxt tam rəsmiləşəcəyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, bu haqda Fransa mətbuatı məlumat yayıb.
Məlumatda bildirilib ki, bununla bağlı hər şey iyulun əvvəllərində rəsmiləşəcək. Beləliklə, artıq gələn aydan “Lans”ın sahibi rəsmən Azərbaycan tərəfi olacaq.
Yeri gəlmişkən qeyd edək ki, Fransa mətbuatının bu xəbəri "Lens" klubunun rəsmi saytında da dərc edilib.
Qeyd edək ki, hazırda “Lens” Fransanın ikinci liqasında yarışır. H.Məmmədov isə bu kluba sponsorluq edərək, onu yüksək liqaya çıxarmağa çalışacaq.
İdman24.az