Milan "İnter"i müxtəlif Avropa klublarının transfer siyahısında olan hücumçusuna - Lautaro Martinesə yeni qiymət qoyub.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Ekrem Konur yayıb.
Mənbə 24 yaşlı Martinesin Milan təmsilçisindən ayrılmağa can atmadığını, lakin rəhbərliyin vəziyyəti sığortalayaraq argentinalı üçün satış məbləği müəyyənləşdirdiyini vurğulayıb.
Bu mövsüm A Seriyasında 29 oyuna çıxan Martines 15 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "İnter"lə olan müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Nihat