Azərbaycanlı qapıçı Şahin Zəkiyevin çıxış etdiyi Polşanın "Sokol" komandası növbəti çempionat oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, 4-cü liqada çıxış edən Slopnitse təmsilçisi 23-cü tur çərçivəsində "Boçnia"nın qonağı olub.
Görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə nəticələnib. Şahin bu görüşdə ehtiyatda qalıb. Məşqçilər korpusu rəqibin autsayder olduğunu nəzərə alaraq, ehtiyat qapıçıya şans verib.
"Sokol" növbəti oyununu şənbə günü "Koleyaj"a qarşı keçirəcək. 21 oyun keçirən Slopnitse təmsilçisi hazırda 19 xalla 18 komanda arasında 13-cü yerdədir.
Mirağa