İtaliyanın "İnter" klubu bu yay altı oyunçudan yaxa qurtara bilər.
Fanat.Az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, "İnter"in məqsədi klubun maliyyə vəziyyətini yaxşılaşdırmaq, futbolçuların satışından yüz milyon avro qazanmaq və Lautar Martinezi transferini yoluna qoymaqdır.
“Barselona” da daxil olmaqla, bir sıra Avropa klublarının Lautarı almaqda maraqlı olduğu bildirilir. "İnter" gənc hücumçuları Andrea Pinamonti və Martin Satrianonu, həmçinin, Dalbert, Valentino Lazar və Stefano Sensini də satmaq istəyir.