Ukrayna millisinin keçmiş baş məşqçisi Andrey Şevçenko jurnalist Dmitri Qordona müsahibəsində Rusiyanın ölkəsinə qarşı apardığı müharibədən danışıb.
Fanat.Az xəbər verir ki, Şevçenko müharibənin ilk günlərində ağladığını etiraf edib:
“Müharibənin əvvəlində dəfələrlə ağlamışam. Məncə, hamı eyni vəziyyətdə idi - qeyri-müəyyənlik, əsəbilik. Gün ərzində əhval-ruhiyyəm dəfələrlə dəyişirdi. Bu, hər kəs üçün böyük stress idi. Ancaq Ukraynaya dəstək olmaq üçün güc tapmalı idim".
Emin