Kriştianu Ronaldunun övladı dünyasını dəyişib.
Fanat.Az xəbər verir ki, Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu bu barədə özünün sosial şəbəkə hesablarında paylaşım edib.
37 yaşlı hücumçu yeni doğulan əkiz övladlarından birinin - oğlunun vəfat etdiyini bildirib. Körpənin ölüm səbəbi dəqiq bilinmir.