Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Marko Asensionun "Milan"a mümkün keçidi ilə bağlı xəbərlərə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabrizio Romano "Twitter"də Ançelottidən sitat gətirib:
“Asensio inanılmaz dərəcədə yüksək keyfiyyətli oyunçudur. Onun klubla yeni müqavilə danışıqları apardığından xəbərdar olsam da, bundan sonra nə İlə nəticələnəcəyini bilmirəm. O, həmişə komandaya kömək edir".
Daha əvvəl "Milan"ın 26 yaşlı futbolçu üçün 25 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Klub Markodan sağ cinah vingeri kimi istifadə etmək istəyir. 2021/2022 mövsümündə Asensio "Real"ın heyətində bütün turnirlərdə 36 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.
Mirağa