Futbol üzrə Kolumbiya milli komandasının baş məşqçisi Reynaldo Rueda istefaya göndərilib.
Fanat.az xəbər verir ki, bu barədə Kolumbiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Rueda yığmanın Qətərdə keçiriləcək DÇ-2022-nin final mərhələsinə vəsiqə qazana bilmədiyinə görə göndərilb. Federasiya onun köməkçiləri ilə də müqaviləyə xitam verib. Millinin yeni baş məşqçisinin adına qarşıdakı günlərdə aydınlıq gətiriləcəyi diqqətə çatdırılıb.
Reynaldo Rueda 2021-ci ildən Kolumbiya yığmasına başçılıq edirdi.