"Borussiya Dortmund"un hücumçusu Erlinq Holand karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Xəbərə görə, 21 yaşlı hücumçu "Mançester Siti" ilə anlaşıb. İngilislər norveçli futbolçuya 5 illik müqavilə təklif edib. Holand yeni klubunda həftəsinə 500 min funt sterlinqdən çox məvacib əldə edəcək. Bununla da o, İPL-in ən bahalı futbolçusu olacaq.
Holandın "Mançester Siti"yə rəsmi keçidi cari mövsümün sonunda reallaşacaq.
Röya