"Bayern Münhen"in iki futbolçusu - qapıçı Manuel Noyer və hücumçu Tomas Müller Almaniya nəhəngi ilə müqavilə yeniləyəcək.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira şəxsi "Tvitter" hesabı üzərindən yayıb.
Mənbə almaniyalı futbolçuların hər ikisinin müddəti 2025-ci ilə qədər olan yeni anlaşmalara imza atacağını vurğulayıb.
Müller "Bayern"in öz yetirməsidir. Sözügedən forvardın "qırmızılar"la olan indiki sözləşməsinin müddəti gələn il başa çatacaq. 2011-ci ildən Münhen klubunda olan Noyerlə bağlı vəziyyət də eynidir.
Nihat