Premyer Liqadan düşmək ehtimalı fonunda "Everton" iki əsas hücumçusu ilə vidalaşmağa hazırdır.
Fanat.Az "Football Insider"ə istinadən xəbər verir ki, Liverpul təmsilçisi Dominik Kalvert-Lyuin və Rişarlison üçün təkliflərə açıqdır.
"Everton" qlobal restrukturizasiyaya (kreditin ödənilməsi şərtlərinin dəyişdirilməsi) qənaət etmək üçün aparıcı oyunçularını satmaq niyyətindədir. Kalvert-Lyuin və Rişharlisonu transfer etməyə əsas namizədlər "Arsenal" və "Mançester Yunayted"dir.
Emin