"Mançester Yunayted"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldunun bacısı Elma Aveyru qardaşıyla bağlı emosional paylaşım edib.
Fanat.Az xəbər verir ki, dünən Ronaldunun yeni doğulan əkizlərindən birinin dünyasını dəyişdiyi məlum olub.
“Mən səni sevirəm və bütün ürəyim indi səninlədir. Tanrı sənin qayğına qalsın və birgə həyat yolunuzu gücləndirsin.
Mələyimiz artıq atamızın qucağındadır (söhbət 2005-ci ildə Ronaldunun dünyasını dəyişən atasından gedir). Bizimlə olan kiçik qızımız isə çox güclü və sağlamdır. O, bizə öyrədəcək ki, bu dünyada yalnız məhəbbət var”, - Elma sosial şəbəkələrdə yazıb.
Emin