Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Fanat.Az xəbər verir ki, bu gün baş tutan görüşlərdə Azərbaycan Premyer Liqasında ilk "4-lük"də qərarlaşan komandalar kubokda üz-üzə gəliblər.
"Qarabağ" "Qəbələ" ilə səfər oyununda erkən qol buraxıb hesabda geri düşsə də, matçda dönüş etməyi bacarıb. Fasiləyə qədər tarazlığı bərpa edən Ağdam təmsilçisi son dəqiqələrdə vurduğu qollarla, inamlı qalibiyyət əldə edib. Beləliklə, Qurban Qurbanovun komandası finala vəsiqə əldə etmək baxımından şansını xeyli yaxşılaşdırıb.
Digər görüşdə "Neftçi" "Zirə" ilə qarşılaşıb. Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə qapılara qol vurulmayıb. Beləliklə, cütün taleyi "Bakcell Arena"da həll olunacaq.
Qeyd edək ki, cavab oyunları aprelin 29-da gerçəkləşəcək.
Azərbaycan kuboku
1/2 final, ilk oyunlar
20 aprel
17:30. Qəbələ – Qarabağ 1:3
Qollar: Asif Məmmədov, 5 - İsmayıl İbrahimli, 16, İbrahima Vadji, 88, Kadi Borges, 90+3-pen.
Qəbələ: 1. Kristof Atanqana, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 34. Urfan Abbasov, 8. Stefan Vukçeviç, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 10. Omar Hani, 77. Emil Səfərov
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 19. Rövlan Muradov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 24. Patrik Robson, 12. Rüfət Əhmədov, 2. Samet Karakoç, 33. Hüseyn Mürsəlov
Baş məşqçi: Elmar Baxşıyev
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 18. İsmayıl İbrahimli, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Qəbələ şəhər stadionu
20:30. Zirə – Neftçi 0:0
“Zirə”: 1. Mehdi Cənnətov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 14. Hamidu Keyta, 4. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 13. Ramin Əhmədov, 61. Nizami Səmədov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 1. İvan Brkiç, 26. Ömər Buludov, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 3. Mamadu Mbodj, 24. Yusuf Laval, 91. Ramon Maçado, 7. Azər Əliyev, 77. Gilyerme Pato, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 93. Rza Cəfərov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 9. Tiaqo Bezerra, 37. Vüsal Əsgərov, 73. Ramin Nəsirli, 82. Rüfət Abbasov
Baş məşqçi: Samir Abasov
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Zirə İdman Kompleksinin stadionu