Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, paytaxt təmsilçisi 9-cu turdan təxirə salınmış matçda "Hayduk"un qonağı olub.
"Dinamo" derbi oyununda məğlub olub - 0:1.
Mahir də oyunun iştirakçısı olub. Millimizin üzvü start heyətində yer alıb və matçı əvəzolunmadan başa vurub.
Məğlub olmasına baxmayaraq, "Dinamo" 31 oyundan sonra 66 xalla liderdir. "Hayduk" isə xallarını 62-yə çatdıraraq 3-cü pillədəki mövqeyini möhkəmləndirib.
Qeyd edək ki, Mahir Emreli Zaqreb təmsilçisinin heyətində bundan əvvəlki iki oyunda 2 qol vurmuşdu.
Mirağa