İngiltərə Premyer Liqasında 30-cu turdan təxirə salınmış oyunda "Liverpul"a böyük hesabla (0:4) uduzan "Mançester Yunayted"in baş məşqçisi Ralf Ranqnik matçı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, 63 yaşlı almaniyalı mütəxəssis darmadağının alçaldıcı olduğunu deyib:
"Liverpul" fərqli səviyyədədir. Bizdən daha yaxşı oyunçulara sahibdirlər və bu, nəticədə də öz əksini tapır. Bu yenilgi bizim üçün utancverici, məyusedici və alçaldıcı idi. Ancaq "Liverpul"un hazırda bizdən 6 il öndə olduğunu qəbul etməliyik. Mən deyərdim ki, rəqibin heyətində 25 "Formula 1" maşını var. Halbuki Yürgen Klopp komandanın başına keçəndə "Liverpul" hər oyuna orta hesabla 1,6 xalla səkkizinci yeri tuturdu. İndi biz hardasa həmin vəziyyətdəyik. Komandanı yenidən qurmalıyıq. Mənə ilk üç-dörd həftədən sonra artıq aydın idi ki, bu, mütləq baş verəcək".
"Mançester Yunayted" 54 xalla 5-6-cı yerləri bölüşür və lider "Liverpul"dan 22 xal geri qalır.
Mirağa