Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
Fanat.Az xəbər verir ki, köhnə zədəliləri nəzərə almasaq, "Qəbələ" və "Qarabağ" bir-birinə qarşı tam heyətlə oynaya biləcək.
Əvəzində "Neftçi"ylə "Zirə"də itkilər var. “Sabah”la 1/4 final matçında cəzalı duruma düşən Eddi İsrafilov səfərdə "ağ-qaralar"a kömək edə bilməyəcək. Müdafiə ilə bağlı da qeyri-müəyyənlik var. Mert Çelik zədəlidir və çox güman ki, meydana çıxmayacaq. “Sabah”a qarşı son Premyer Liqa oyununu xəstəlik səbəbindən buraxan Voyislav Stankoviçin durumu da tam bəlli deyil.
"Zirə"yə gəlincə, komandanın məşqçisi Elton Yaqublu oyunu tribunadan izləyəcək. Rəşad Sadıqov cəzalı köməkçisinin yardımından məhrumdur.
“Qəbələ” – “Qarabağ” görüşü 17:30-da, “Zirə” – “Neftçi” matçı 20:00-da start götürəcək. Cavab matçları aprelin 29-da keçiriləcək.
Mirağa