"Mançester Yunayted"in ulduzu Pol Poqba karyerasını vətəni Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, "Todofichajes" nəşri yarımmüdafiəçinin PSJ ilə danışıqlarının uğurla nəticələndiyini və tərəflərin müqavilə şərtlərini razılaşdırdığını açıqlayıb.
Mənbə Paris klubuna azad agent qismində qoşulacaq 29 yaşlı futbolçunun 4 illik müqavilə imza atacağını vurğulayıb.
Qeyd edək ki, Poqbanın MY ilə olan müqaviləsinin müddəti müddəti iyunun 30-da başa çatacaq.
Nihat