"Liverpul"un sabiq futbolçusu Qrem Suness İngiltərə Premyer Liqasının 30-cu turundan təxirə salınmış matçdan - dünən keçirilən "Liverpul" - "Mançester Yunayted" görüşündən (4:0) danışıb.
Fanat.Az xəbər verir ki, "Sky Sports" onun "Enfild"dəki darmadağın barədə söylədiklərini belə çatdırıb:
"Liverpul" bu qələbəni rəqibə davamlı təzyiq edən yarımmüdafiə xəttinin uğurlu oyunu hesabına qazandı. "Mançester Yunayted"in pressinqlə bağlı ciddi problemləri var. Kollektiv pressinq baxımından çox "axsayırlar". Mançester komandasının yarımmüdafiə xəttinə baxanda düşünürəm ki, bu komandaya qarşı 68 yaşımda 45 dəqiqə oynaya bilərəm. Hər şeyi kapitan Harri Maquayrın üstünə atmaqla deyil ki... Orta sahə müdafiyə kömək etməlidir".
Nihat