"Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill "qırmızı şeytanlar"ı sərt tənqid edib.
Fanat.Az xəbər verir ki, "The Mirror" nəşri 47 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:
"İndiki "Mançester Yunayted" tükənmiş və sınıq-salxaq oyunçuların qarışığıdır. Onları heç vaxt bu qədər pis görməmişdim. Mən bu komandanı izlədiyim 40 illik müddətdə heç vaxt “Mançester Yunayted”i belə solğun olduğunu müşahidə etməmişdim".
Qeyd edək ki, İngiltərə Premyer Liqasının 30-cu turundan təxirə salınmış matçda "Liverpul" MY-ni 4:0 hesabı ilə darmadağın edərək liderliyə yüksəlib.
Emin