"Sumqayıt" klubu yeni transferi Anatoli Nuriyevin yolunu gözləyir.
Fanat.Az xəbər verir ki, bir neçə gün əvvəl transferi ictimaiyyətə açıqlanan milli üzvü Ukraynanı tərk edib yeni komandasına qoşula bilmir.
Klubun mətbuat xidmətindən öyrəndik ki, Nuriyevin Ukraynanı tərk etməsi üçün göstərilən səylər indilik səmərə vermir. Hazırda Rusiya ilə müharibəyə cəlb olunan Ukrayna hökuməti 20-60 yaşlı kişilərin ölkəni tərk etməsinə qadağa qoyub.
Qeyd edək ki, "Sumqayıt" Azərbaycan millisinin üzvü olan Nuriyevin transferini ötən həftə açıqlayaraq futbolçunu Peşəkar Futbol Liqasına sifariş edib. Nuriyev yeni klubunda 91 nömrəli formanı geyinəcək.
25 yaşlı forvard son olaraq Ukraynada "Kolos"un formasını geyinib.
Mirağa