PSJ-nin və Argentina millisinin vingeri Anxel Di Mariya yayda əvvəllər də formasını geyindiyi "Benfika"ya qayıda bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı idman jurnalisti Pedro Almeyda sosial şəbəkə hesabları üzərindən yayıb.
Mənbə Portuqaliya təmsilçisinin 34 yaşlı Anxelin xidmətində maraqlı olduğunu və cari mövsümün sonunda ona müqavilə təklif etməyi planlaşdırdığını bildirib. Almeyda təcrübəli futbolçunun Lissabon təmsilçisində oynamaq variantına müsbət yanaşdığını da qabardıb.
Daha öncə PSj-nin Lionel Messidən başqa, bütün argentinalı futbolçularıyla vidalaşacağı ilə bağlı xəbərlər yayılıb. Parislilərin Di Mariya, Leandro Paredes və Mauro İkardi ilə əməkdaşlığa bu yay son qoyacağı vurğulanıb.
Nihat