Məlumat verdiyimiz kimi, hazırda Azərbaycan Beynəlxalq Bankının Kuboku uğrunda II “İBA Cup” U-14 yeniyetmələr arasında beynəlxalq futbol turniri keçirilir.
İkinci mərhələnin son oyununda İspaniyanın "Vilyarreal" və Almaniyanın "Ayntraxt" komandaları qarşılaşdılar. İspanlar Almaniya təmsilçisini 2:1 hesabıyla məğlub edərək finala vəsiqə qazandı. Beləliklə, finalda Türkiyə komandası "Beşiktaş"la İspaniya təmsilçisi "Vilyarreal" qarşılaşacaq.
Xatırladaq ki, final qarşılaşması sabah saat 11.00-da "Şəfa" stadionunda baş tutacaq.
İdman24.az