Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli formasını geyindiyi Zaqreb “Dinamo”sunun azarkeşləri ilə görüşəcək.
Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Görüş aprelin 23-24-də baş tutacaq. Aprelin 26-da “Dinamo”nun yaranmasının 111-ci ildönümüdür. Ölkə çempionu bu məqsədlə Zaqrebin mərkəzində şənlik təşkil edəcək. Fanatlar orada həm oyunçularla ünsiyyətdə olacaq, həm də əyləncəli proqramları izləyəcək.
“Dinamo” bu gün ölkə çempionatının 9-cu turundan təxirə salınmış matçda “Hayduk”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Mirağa