"Real Madrid"in keçmiş oyunçusu Xose Mariya Qutyeres PSJ-yə keçən Serxio Ramosun səhv etdiyini bildirib.
Fanat.Az xəbər verir ki, Quti kimi tanınan veteran futbolçu belə danışıb:
"Ramos yeni müqavilə üçün “Real”la danışıqlar zamanı səhv etdi və bunu özü də bilir. Karyerasını və xidmətlərini nəzərə alaraq düşünürdü ki, Florentino Peres onun bütün arzularını yerinə yetirəcək. Lakin o, reallığı dərk etmədi. Prinsipcə, futbolçu müəyyən yaşa çatanda “Real” onunla müqaviləni cəmi bir il müddətinə uzadır. Serxio isə bunu istəmirdi. O, klubun əfsanəsidir və belə davranmağa haqqı var idi. Ancaq Peres bunu düzgün hesab etmədi. Serxio karyerasını "Real"da bitirə bilərdi. O, klubun bir illik müqavilə təklifini qəbul etmədi. Təəssüf ki, Ramos "arxa qapıdan çıxdı".
Serxio Ramos ötən yay PSJ-yə azad agent qismində keçib. Çoxsaylı zədələr səbəbindən müdafiəçi cəmi bir neçə oyunda forma geyinib. Onun parislilərlə olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir.
2005-ci ildə "Sevilya"dan "Real"a transfer olunan ulduz müdafiəçi Madrid klubunun forması ilə 16 mövsümdə 469 oyuna çıxıb və 72 qol vurub.
Mirağa