"Olimpik Lion"un və İslandiya yığmasının futbolçusu Sara Qunnarsdottir iyulun 6-da İngiltərədə start götürəcək qadınlar arasında Avropa çempionatının təşkilatçılarının seçdiyi məkanlardan danışıb.
Fanat.Az "The Independent"ə istinadən xəbər verir ki, İslandiya millisi “Mançester Siti Akademiyası” stadionunda oynayacaq.
Qunnarsdottir komandasının cəmi 7000 tamaşaçı tutumlu stadionda çıxış etməsindən narazılığını bildirib.
“Bizə verilən stadiona görə məyus oldum. Bu, qəribədir. İngiltərədə oynayırıq. Burada bir neçə böyük stadion ola-ola bizə 5000 tamaşaçı tutumu olan məşq meydançası verilib.
Bu, sadəcə olaraq, utancvericidir. Layiq olmadığımız hörmətsizlikdir. 4000-dən çox bilet satılacağını düşünmürlər. Bu, qadın futboluna olan hörmətsizlikdir", - deyə 31 yaşlı futbolçu bildirib.
Emin