İcarə əsasında "Barselona"da çıxış edən "Vulverhempton"un və İspaniya millisinin hücumçusu Adama Traore karyerasını "Everton"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Football Insider" yayıb.
Mənbənin məlumatına görə, Liverpul klubu mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Rişarlisonun yerinə yeni forvard axtarır.
İspan futbolçu yayda "Vulverhempton"a qayıdarsa, "Everton" onu transfer etməyə çalışacaq.
Daha əvvəl Traorenin xidmətində "Tottenhem Hotspur"un maraqlı olduğu bildirilirdi.
Xatırladaq ki, "Vulverhempton" Adamanı bu ilin yanvarında "Barselona"ya icarəyə verib.
Emin