İspaniya La Liqasında XXVI turun oyunları keçirilir. Fanat.az xəbər verir ki, bu Madrid derbisi baş və "Atletiko" "Real"ı qəbul edib.
Arda Turanın çıxış etdiyi komanda ilk dövrədə səfər matçında 1:0 hesablı qələbə qazanaraq 14 illik fasilədən sonra şəmşəhərlilərini La Liqada məğlub etmişdi. "Atletiko" bu gün qələbə qazanmaqla 1950/51 mövsümündən - 63 ildən sonra "Real"ı iki oyunda yenmək istəyirdi.
Oyunda hesabı "Real" açıb. 3-cü dəqiqədə Kərim Benzema Angel Di Marianın ötürməsini qola çevirib. 25 dəqiqə sonra Arda Turanın ötürməsini tora qovuşduran Koke bərabərliyi təmin edib. İlk yapının son dəqiqəsində Koke Qabi Fernandesə məhsuldar ötürmə edib - 2:1. Lakin "Real" məğlubiyyətdən qaça bilib. Belə ki, 82-ci dəqiqədə Kriştiano Ronaldo komandasına bir xal qazandıran qola imza atıb. O, Qaret Beylin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
Qeyd edək ki, "Real" 26 turdan sonra 64 xalla turnir cədvəlinə başçılıq edir. "Atletiko" ikinci pilləni tutur - 61. 60 xalla üçüncü pillədə qərarlaşan "Barselona" bu axşam "Almeriya"nı qəbul edəcək.
İspaniya
La Liqa
XXVI tur
2 mart
Atletiko - Real 2:2
Qollar: Koke, 28. Qabi Fernandes, 45 - Kərim Benzema, 3. Kriştiano Ronaldo, 82.
Atletiko: Tibaut Kourtois, Xuanfran, Miranda, Dieqo Qodin, Filipe, Qabi Fernandes, Mario Suares, Koke, Raul Qarsiya, Arda Turan (Kristian Rodriges, 83), Dieqo Kosta.
Ehtiyat oyunçular: Daniel Aranzubia, Emiliano İnsua, Tobi Alderveyreld, David Vilya, Joze Sosa, Dieqo.
Baş məşqçi: Dieqo Simeone.
Real: Dieqo Lopes, Alvaro Arbeloa (Daniel Karvajal, 71), Pepe, Serxio Ramos, Fabio Koentrao (Marcelo, 59), Luka Modriç, Xabi Alonso, Angel Di Maria (İsko, 72), Qaret Beyl, Kərim Benzema, Kriştiano Ronaldo.
Ehtiyat oyunçular: İker Kasilyas, Rafael Varane, Asyer İllarramendi, Jese Rodriges.
Baş məşqçi: Karlo Ançelotti.
Sarı vərəqələr: Arda Turan, 11. Dieqo Qodin, 39. Dieqo Kosta, 64 - Pepe, 39. Alvaro Arbeloa, 67.
Fanat.az