Aprelin 24-də Pirallahı adasında yerləşən Nərəkənd parkının ərazisində “IronWind duatlon” adlı turnir keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi və Azərbaycan Triatlon Federasiyasının dəstəyi ilə “Triterra Baku Triathlon Club” tərəfindən təşkil olunacaq.
Duatlon 3 mərhələdən ibarətdir. İdmançılar 5 kilometr qaçmalı, 20 kilometr velosiped sürməli, sonra yenə 2,5 kilometr qaçmalı olacaqlar.
Turnir həm fərdi, həm də estafet formatında baş tutacaq.