"Real Madrid"in hücumçusu Kərim Benzema İspaniya çempionatının 31-ci turunda baş tutan "Osasuna" ilə oyunda (3:1) iki penaltini boşa verməklə maraqlı nəticəyə imza atıb.
Fanat.Az xəbər verir ki, 34 yaşlı fransalı son 16 ildə bir La Liqa qarşılaşmasında iki penalti imkanını dəyərləndirə bilməyən ilk oyunçu olub.
2006-cı ilin aprelində "Espanyol"un sabiq forvardı Raul Tamudo da eyni statistik göstərici ilə diqqət çəkmişdi. Tamudo "Real Betis"lə görüşdə (2:0) iki dəfə "nöqtə"dən hədəfə düşə bilməmişdi.
Nihat