Xorvatiyada 9-cu turdan təxirə salınmış matçda - "Hayduk"la səfər oyununda (0:1) iştirak edən Zaqreb "Dinamo"sunun futbolçularının çıxışı qiymətləndirilib.
Fanat.Az xəbər verir ki, "Sportske novosti" portalı Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin oyununu 6 bala layiq görüb.
Səfərdən məğlub dönən paytaxt təmsilçisinin Emrelidən başqa, daha 7 futbolçusu 6 bal alıb. Lakin xorvatiyalı jurnalistlər Mahiri qonaq komandanın ən yaxşı futbolçusu seçib.
Nihat