Növbəti mövsümdən etibarən “Sumqayıt” futbol klubunun oyunlarını yeni stadionda keçirəcəyi ilə bağlı məlumatlar yayılıb.
Klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bu barədə Fanat.Az-a danışıb:
"Hələ dəqiq məlumat yoxdur. Meydanda təmir işləri yekunlaşmayıb"
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il noyabr ayının 21-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulması ilə bağlı sərəncam imzalayıb.
Emin