15:31 21.04.2022 1694

Tahir Süleymanov Elxan Məmmədovun FİFA-ya təyinatını şərh etdi

Ötən gün FİFA AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun təyinatını açıqladı. 

Azərbaycanlı futbol funksioneri mayın 1-dən FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru vəzifəsində fəaliyyətə başlayacaq.

Maraqlıdır, Elxan Məmmədovun bu təyinatı Azərbaycan futboluna nə qazandıracaq? FİFA-da çalışmaq Məmmədovu Azərbayan futbolundan uzaqlaşdıracaq, yoxsa hər şey əvvəlki kimi qalacaq?

Bu sualları Azərbaycan futbolunun tanınmış simalarından olan sabiq FİFA referisi, "Neftçi" klubunun keçmiş vitse-prezidenti Tahir Süleymanov cavablandırdı. O, Fanat.Az-a açıqlamasında Məmmədovun təyinatını belə dəyərləndirdi:

"Öncə təbrik edirəm. Azərbaycan futbolu dərin böhrandadır, futbol ictimaiyyətinin, azarkeşlərin futbola olan inamsızlığı pik həddə çatıb. Ölkə futbolunun durumu ilə bağlı illərdir fikir bildirir, təhlillər aparırıq. "Gedənin arxasınca danışmazlar" prinsipini üstün tutaraq sözümüzü zamanında demişik. Bir təyinatın ətrafında ölkə futbolunun tənəzzüldən çıxacağı eyforiyası, emosional münasibətin göstərilməsi yanlış yoldur. İllər itirilib... Futbolda dönüşün yaradılması istənilirirsə, geniş təhlillərə, düşünən beyinlərə, futbolun sabahının kompleks şəkildə həlli yollarının araşdırılmasına, problemlərin nədən qaynaqlandığı, dəqiq diaqnozun qoyulması mütləqdir. Tək kağız üzərində deyil, Azərbaycan futbolunun strateji inkişaf planının yenidən hazırlanması və həyata keçirilməsi vacib şərtdir. Azərbaycan futbolunun yükünü daşıya, irəli apara biləcək mütəxəssislərimiz var, kənardan "Sinqapur layihələrinin" axtarışına ehtiyac da yoxdur. Bacarıqlı futbol adamlarına şərait yaradılmalıdır. Futbolda eksperimentlər limiti çoxdan dolub! Bu illər ərzində diletant düşüncələrlə kortəbii alman, xorvat, serb "modelləri"nə, milliləşdirilmələrə, federasiyaya, klublara gətirilmiş əcnəbi direktorlara yüz milyonlar xərclənilib və heç bir uğur qazanılmayıb. Bunun nəticəsi olaraq günümüzdə kütləvi halda "futbolçu yoxdur" fəryadı qoparılır. Futbolçunu gərək yetişdirəsən ki, olsun!

Dünya futbolunun müasir tələblərinə, yerli şəraitə, mentallığa uyğun futbolda "Azərbaycan modeli" hazırlanmalı, tətbiq edilməlidir. Son 10-15 ilin səhvlərindən nəticə çıxarılmasa, heç bir dirçəliş baş verməyəcək. 

Təyinat şəxsi karyera baxımından Elxan Məmmədova faydalı olacaq, gələcək fəaliyyətində tramplin rolunu oynayacaq. Son 15 ilin federasiyasında, ümumi futbol idarəçiliyində önəmli vəzifələr daşıyan Elxan Məmmədovun digər məsullarla birgə birbaşa cavabdehliyi var. Nə qədər acınacaqlı durum yaransa da, dünənin, bu günün futbolu əsaslı təhlil edilib gələcəyə baxılmalıdır. Azərbaycan futbolunda dönüş yaradılarsa, gələcəkdə FİFA, UEFA ilə əlaqələrdə Elxan Məmmədovun müəyyən işlərdə faydası ola bilər.

AFFA-nın icraçı daxil 4 vitse-prezident postu var. İcraçılıqdan gedilibsə, ictimai əsaslarla vitse-prezident vəzifəsi yerinə yetiriləcəksə, bu, necə həll edilib?! Vitse-prezidentlərdən kimsə istefa verib və ya icraçı vitse-prezident postu sadələşdirilib? AFFA şəxsi şirkət deyil, ölkə futboluna cavabdeh qurumdur. Şəxsi məqsədlər üçün dəfələrlə AFFA Nizamnaməsi dəyişdirilib. Hətta bu vəziyyətdə yenə nizamnamə pozulur. Ən azı AFFA Icraiyyə Komitəsinin qərarı olmadan, müzakirələr aparılmadan qeyd olunanlar necə həll edilə bilər?  

Azərbaycan futbolunun qazanması üçün yerdəyişmələr, kosmetik addımlar yox, köklü islahatlar aparılmalıdır. 

Ölkə futbolunun idarəçiliyinə, inkişafına cavabdeh AFFA İcraiyyə Komitəsi, prezidenti, vitse-prezidentləri, baş katibliyi, çoxsaylı strukturları var. "Paris prinsiplləri" ilə Azərbaycan futbolunun məsafəli idarə olunması çətin görünür. Fransadan ancaq erməni futbolu tənzimlənə, idarə oluna bilər!

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X