"Mançester Yunayted"in mərkəz müdafiəçisi Harri Maquayr komandasında olduqca zəif mövsüm keçirir və bu, futbolçu ilə klubun tərəfdarları arasında gərginlik yaradıb. Komandanın azarkeşləri Maquayrı uyğun klub kapitanı kimi görmürlər. Onların fikrincə, 29 yaşlı müdafiəçi komandada lider ola bilmir və bu mövsümki çıxışı ilə buna layiq deyil.
Fanat.Az "Todofichajes"ə istinadən xəbər verir ki, "Nyukasl Yunayted" yaranan vəziyyətdən istifadə edərək "Mançester Yunayted"ə Maquayr üçün 30 milyon funt sterlinq dəyərində təklif hazırlayır.
"Qırmızı şeytanlar"ın kapitanının klubla müqaviləsinin müddəti 2025-ci ilə qədər nəzərdə tutulub. Böyük ehtimalla, MY rəhbərliyi də ingilis müdafiəçinin oyunundan narazıdır və onu satmağa qərar verəcək.
Emin