11:15 22.04.2022 1325

"Elxan Məmmədov qaçıb ki, gələcəkdə həbs olunmaqdan qurtulsun" - SORĞU

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru vəzifəsinə təyin olunub.

Azərbaycanlı futbol funksioneri mayın 1-dən etibarən yeni iş yerində  fəaliyyətə başlayacaq.

Maraqlıdır, Elxan Məmmədovun bu təyinatı Azərbaycan futboluna nə qazandıracaq? FİFA-da çalışmaq Məmmədovu Azərbayan futbolundan uzaqlaşdıracaq, yoxsa hər şey əvvəlki kimi qalacaq?

Bu sualları idman mətbuatının nümayəndələrinə ünvanladıq. Onlar Məmmədovun təyinatını Fanat.Az-a şərh etdilər:

Natiq Muxtarlı (İdman yazarı): "Eyforiyaya qapılmağa dəyməz. Elxan Məmmədov Azərbaycanın futbol təsərrüfatında 14 il çalışıb. Bu illər ərzində futbolun inkişafına bir çimdik də töhfə verməyib. Verməyibsə, FİFA-da çalışması nə verəcək ki? Azərbaycanda futbolun inkişafı, infrastrukturun qurulması, uşaq futbolunun dirçəldilməsi birbaşa AFFA-nın boynunun borcudur. Bu iş də 14 il ərzində Elxan Məmmədovun nəzarətində olub. Amma inkişaf əvəzinə tənəzzül görmüşük. FİFA korrupsiyalaşmış qurumdur. Elxan Məmmədovun yeridir, yəni.

Mənim ehtimalıma görə, Məmmədov buradan canını götürüb qaçıb. Qaçıb ki, gələcəkdə həbs olunmaqdan qurtulsun. Geci-tezi var, ölkədə “futbolun inkişafı” adı altında xərclənən milyonların hesabı sorulacaq. Və bu sorğu kürsüsündə oturacaq ilk adam da Elxan Məmmədov olmalıdır. Bunu yaxşı bildiyi üçün qaçıb. Amma bu qaçışla məsuliyyətdən qurtula biləcəkmi? Biləcəksə, vay Azərbaycan futbolunun halına. Deməli, FİFA-da oturub yenə də burada bildiyini edəcək. Zatən bunun üçün ilk addımı da atıb. Baş katib postuna öz kadrını – “bala Elxan”ı yerləşdirib. Elxan Məmmədovun futbol təsərrüfatına nəzarəti qaldıqca, ölkədə futbolun inkişafı da olmayacaq. Onun kadrları AFFA-dan tam şəkildə uzaqlaşdırılmalıdır. Futbol onların “işğal”ından qurtulmalıdır ki, inkişaf etsin".

Rəşad Ergün ("Komanda.az" saytının baş redaktoru): "Elxan Məmmədovun təyinatı Azərbaycan futbolçularının üzünə Avropa klublarının qapılarını açacaq. Futbolçularımız "Real Madrid", "Barselona", "Liverpul", PSJ kimi klublara üz tutacaq. Milli komandamız FİFA reytinqində 129-cu yerdən 9-cu pilləyə sıçrayış edəcək. Elxan Məmmədov uzun illər yediyi Azərbaycan futbolunu bundan sonra yedirəcək... Təbii ki, bunların heç biri olmayacaq, hamısı zarafatdir. Elxan Məmmədovun FİFA-ya getməsi ən yaxşı halda bizə daha bir neçə beynəlxalq turnirin ev sahibliyini qazandıra bilər ki, bunları o AFFA-da da oturaraq, neftin pulları hesabına edə bilirdi. Təyinatına isə sevinirəm. Ona görə sevinirəm ki, bəlkə, bundan sonra azərbaycanlı azarkeşlərin sosial şəbəkədə tənəsinə, tənqidinə daha az tuş gələr".

Anar Şabanoğlu (İdman yazarı): "Elxan Məmmədovun bu təyinatı gözlənilən idi. Bildiyiniz kimi,  SOCAR uzun müddətdi FİFA-nın tərəfdaşıdı. Ölkəmizdə keçirilən beynəlxalq futbol yarışlarının da bəzilərinin təqdim etmək istədiyi kimi Elxan Məmmədovun xüsusi xidməti, nüfuzu sayəsində mümkün olduğunu düşünmürəm. Məncə, həmin turnirlərin Bakıya verilməsi belə demək mümkünsə SOCAR-FİFA tərəfdaşlığın tərkib hissəsidi. 

Elxan Məmmədov ölkədə bəlkə də ən çox tənqid olunan adam idi. Heç kimə sirr deyil ki, dövlət rəhbərliyinin idmana xüsusi sevgisi var. Amma idmanın şahı futbola digər növlərlə müqayisəolunmaz dərəcədə çox pul ayırılsa da, Elxan Məmmədovun "sayəsində" bunun heç bir nəticəsini görmədik. İstər uşaq futbolu, istər böyük futbolu ağlamalı durumdadı. "Qarabağ" Futbol Klubu olmasa ümumiyyətlə, biabırçılıqdı. Elxan Məmmədovun indiyəcən AFFA-ya rəhbərlik etməsinin səbəblərindən biri də məncə, "Qarabağ"dı. Bu klubun beynəlxalq arenada qazandığı nəticələr 10 ilə yaxındı necə deyərlər ayıbları örtür. 

Amma Fərid Qayıbovun Gənclər və İdman naziri təyin edilməsindən sonra bu sahədəki durğunluq aradan qalxır. Qayıbovun digər növlərdəki kimi futboldakı durumun ürəkaçan olmamasını diqqətə çatdırması siqnal idi. 
SOCAR rəhbərliyindəki dəyişiklərin də futbolumuzdakı vəziyyətə müsbət təsir edəcəyini düşünürəm.  Artıq güləşdə və bəzi digər növlərdə əməli işə başlandığını görürük, beynəlxalq arenada nəticələrin yaxşılaşması da buna bir işarədi. 

Elxan Məmmədovun AFFA-dan gedişini nəhayət, futbolda düzgün işlərə start verilməsi kimi qəbul etmək istəyirəm. Amma heç kimə sirr deyil ki, Məmmədov bu növü inhisara alıb. Demək olar bütün klublarda Elxan Məmmədovun rəhbərlikdən başlayaraq saysız-hesabsız kadrları var. Bu adamlar hansısa xüsusi istedadlarına, bacarıqlarına, başqa müsbət keyfiyyətlərinə görə deyil Elxan müəllimlə dost olduqlarına və ya onun səhv-düz bütün sözlərini qeyd-şərtsiz yerinə yetirməsinə görə vəzifə tuturlar.  Nəticədə nə olmalıdısa o da olub, Azərbaycan futbolunun Elxan Məmmədova bağlı 15 illik dövrü itirilib və indi hər şeyə yenidən başlamaq lazımdı.

Elxan Məmmədovdan sonra Azərbaycan futbolunu onun istisnasız bütün kadrlarından təmizləmək lazımdı. Ümumiyyətlə, futbolumuza çox ciddi yenilənmə lazımdı, çirkaba bulaşmış adamları birdəfəlik Parisə və başqa şəhərlərə göndərmək lazımdır ki, futbolumuzdan mümkün qədər uzaq olsunlar.

FİFA-ya təyinatı məncə, ölkə rəhbərliyinin Elxan müəllimi hörmətlə yola salması kimi qəbul etmək olar. Azərbaycan futbolundakı fəaliyyətini kənara qoysaq, mənim də insan kimi Elxan Məmmədova həmişə hörmətim olub və ona ən azı beynəlxalq təşkilatda ölkəmizi təmsil edəcək bir azərbaycanlı olaraq səmimi qəlbdən uğurlar arzulayıram. Düşünmürəm ki, FİFA-da Azərbaycan futboluna zərər vuracaq işlər görər".

Kənan Məstəliyev ("Rekord.az" saytının baş redaktoru): "Əvvəla, FİFA-ya keçmiş olsun, qurum hələ bilmir ki, necə bəlaya düşüb. (gülür)... Zarafat bir yana, mən ən azından ümid edirəm ki, Elxan Məmmədov FİFA-dakı fəaliyyəti ilə həm dünya, həm də ən əsası Azərbaycan futboluna xidmət edəcək. İnanmıram, amma ümid edirəm. 15 illik fəaliyyəti ərzində heç bir uğura nail olmayan, əksinə olan-qalanı da dağıdan adamdan nəsə gözləmək də bir şey deyil. Hər halda, Elxan Məmmədov həmyerlimizdi. Orda olduğu müddətdə bizi təmsil edir, ona görə də təyinatı bizim üçün müsbət məqam kimi qiymətləndirilməlidi. Gözləyək, görək, necə olur. İndidən heç bir proqnoz vermək mümkün deyil".

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
21:50

Ranyerini bu iki mütəxəssisdən biri ilə əvəzləyəcəyi dəqiqləşdi - ADLAR

21:15

Əvəzedicilər Liqası: Tura 10 qolla yekun vuruldu

20:42

"Qarabağ"ın məşqçisi UEFA-nın kursunda təlimatçı qismində iştirak etdi

20:14

Azərbaycan millisi iki yoxlama oyununa çıxacaq

19:40

Vaqif Cavadovun yerini o tutacaq

19:10

ÇL-in finalını idarə edəcək hakimlərin adları açıqlandı

18:37

Ançelotti Braziliya millisinin baş məşqçisi oldu - RƏSMİ

18:13

"Qarabağ" rəsmisi UEFA Akademiyasının kursuna qatıldı

18:02

Ançelotti rəsmi müqaviləyə imza atdı - Bu tarixdə "Real"ı tərk edəcək

17:51

Azərbaycanın güləş milliləri bölgələrdə toplanış keçəcəklər

17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

Facebookdan bizi izləməyi unutmayın.
X