Ukraynanın “Mariupol” klubunun futbolçusu Andrey Kulakov Rusiyanın Ukraynaya hərbi təcavüzü nəticəsində Mariupolda baş vermiş humanitar fəlakəti şərh edib.
Fanat.Az xəbər verir ki, "Sport.ua" 22 yaşlı futbolçunun dediklərini belə çatdırıb: “Mən iki il yarım Mariupolda oynadım. Son vaxtlar şəhər həqiqətən də gözəlləşmişdi, gözəl parklar və sahillər var idi. Onu belə xatırlayıram. İndi şəhərdə baş verənlərə baxanda insanların necə dəhşətə gəldiyini hiss edirəm. Bunun həqiqətən baş verdiyinə inana bilmirəm.
Mən Luqansk vilayətində anadan olmuşam və valideynlərim “Rus dünyası” ilə ilk dəfə 2014-cü ildə tanış olublar. Bundan sonra onlar məcburiyyətdən Kiyevə köçdülər . 8 illik dinc və sakit həyatdan sonra yenidən müharibə ilə üz-üzə qaldılar. Torpaqlarımızı işğalçılardan qoruyan əsgərlərimizə təşəkkür etmək istəyirəm. Əminəm ki, qələbə bizim olacaq!”.
Emin