Dünən AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun FIFA-nın İdarəetmə və Strateji layihələr üzrə direktoru vəzifəsində təyin edildiyi və mayın 1-dən fəaliyyətə başlayacağı bəlli oldu. Həmçinin futbol funksionerinin AFFA İcraiyyə Komitəsinin üzvlüyündə qalacağı və ictimai əsaslarla assosiasiyanın vitse-prezidenti funksiyasını yerinə yetirəcəyi açıqlandı.
Maraqlıdır, İK-nın iclası olmadan bu qərarı kim verib? Baş verənlər nizamnaməyə zidd deyilmi? İK bir araya gəlmədən Məmmədovun AFFA-dakı sonrakı fəliyyətinin bu şəkildə tənzimlənməsi .
Bu suallarla AFFA-nın baş katibi Sərxan Hacıyevə müraciət etdik. Hacıyevin Fanat.Az-a verdiyi cavab belə oldu:
"Elxan Məmmədov dəvət aldıqdan və müsbət qərar qəbul olunduqdan sonra vaxt olmadı ki, İcraiyyə Komitəsinin üzvlərini bir araya gətirək və məsələ hüquqi cəhətdən qüvvəyə minsin. Bu, sırf texniki məsələdir və İcraiyyə Komitəsinin yaxında baş tutacaq iclasında müzakirə olunacaq. Amma bu qərarda qeyri-qanuni nəsə yoxdur. Elxan müəllim artıq icraçı vitse-prezident yox, vitse-prezident olacaq. Yəni dörd vitse-prezidentdən biri olacaq. Onsuz da Elxan müəllim İcraiyyə Komitəsinin seçkili üzvüdür və ən azı növbəti seçkiyə qədər bu vəzifədə qalacaq".
Nihat